Azərbaycan məhsullarının ABŞ bazarına çıxarılması üçün müzakirələr aparılır

“Hazırda ABŞ-Azərbaycan Ticarət Palatası (AmCham) Azərbaycan istehsalı olan məhsulların ABŞ bazarına sistemli şəkildə təqdim edilməsi sahəsində bir sıra tərəfdaş təşkilatlar, o cümlədən Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə ilkin layihələr üzrə müzakirələr aparmaqdadır".

Bunu palatanın icraçı direktoru Natiq Baxışov deyib.

O bildirib ki, qısa zamanda bu müzakirələrin çoxtərəfli sənədlərlə möhkəmlənəcəyini və Azərbaycanın rəqabətə davamlı məhsullarının ABŞ bazarlarına sistemli şəkildə daxil olacağını gözləyirik.

"Bundan başqa, Azərbaycanda kənd təsərrüfatı və qida emalı sahələrində rəqabətliliyin artırılması məqsədilə ABŞ-dakı bir sıra tərəfdaş təşkilatlarla müəyyən işlər aparılmaqdadır. Onu da qeyd edim ki, ötən ilin 17 may tarixində qida təhlükəsizliyi sahəsində elmi və akademik əməkdaşlığın və məlumat mübadiləsinin təşkil edilməsi məqsədilə Palata Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutu və ABŞ-ın bu sahədə aparıcı ali təhsil və araşdırma mərkəzlərindən olan Merilənd Universiteti ilə Anlaşma Memorandumu imzalandı", - deyə Natiq Baxışov bildirib.

(C)report

Fins.az saytında xəbərə link: https://fins.az/az/biznes/236859/azerbaycan-mehsullarinin-abs-bazarina-cixarilmasi-ucun-muzakireler-aparilir/